Avtobusun partlaması nəticəsində 17 şagird ölüb

Foto arxiv

Pakistanın Qucarat şəhərində məktəbli avtobusunun partlaması nəticəsində 17 uşaq ölüb, 7-si yaralanıb.
İnsident avtobus bu gün səhər məktəbə gedərkən baş verib.

Ehtimallara görə, partlayan qaz balonu olub.
Pakistanda əksər nəqliyyat vasitələri yanacaq kimi qazdan istifadə edir.

Qucarat paytaxt İslamabadın 200 kilometrliyində yerləşir.