“Azad vətəndaş uğrunda” hərəkat yaradılıb

-
Azərbaycanda yeni vətəndaş hərəkatı yaradılıb.

Bu barədə AzadlıqRadiosuna hərəkatın idarə heyyətinin üzvü, ADP gənclər təşkilatının sədri Cəmil Hacıyev məlumat verib. Onun sözlərinə görə, bu hərəkatda hələ siyasətdə tanınmayan şəxslər cəm olub:
«Hərəkatı siyasətdə hələki, öz sözünü deməyən vətəndaşlar yaradıb. İdarə heyyəti 9 nəfərdən ibarətdir. Əsas istiqamət Azərbaycanda insan haqqlarının bərpası, proseslərdə vətəndaşların aktivliyinin təmin edilməsidir. Dindarlara edilən təzyiqlərlə əlaqədar olaraq onların bir ad altında birləşməsi ehtiyyacı yarandı. Burda əsasən dini inanclı insanlar birləşib. Digər vətəndaş hərəkatlarından o qədər də fərqimiz yoxdur».
«Azad vətəndaş uğrunda» vətəndaş hərəkatı mayın 24 yaradıldı.