Azərbaycanda Ramazan bayramı avqustun 8-9-da qeyd olunacaq

Ramazan

Azərbaycanda Ramazan ayının başlanma tarixi açıqlanıb.
Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılovun APA-ya verdiyi məlumata görə, Ramazan ayının başlanmasını bildirən yeni ay iyulun 8-də gündüz saat 12.16-da görünəcək: “Astronomik təqvimilə həmin axşam niyyət axşamıdır, iyulun 9-dan isə orucluq başlayır”.

Onun sözlərinə görə, növbəti ay avqustun 7-də gecə saat 02.52-də təzələnəcək. Ramazan ayının başlanması ilə əlaqədar fətva Qafqaz Müsəlmanları İdarəsi tərəfindən veriləcək.

Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda Ramazan bayramı avqustun 8-9-da qeyd olunacaq.