Nigeriyada hərbi baza və uran mədəninə hücum edilib

Foto arxiv

Nigeriyanın şimal-qərbində hərbi baza və Fransa şirkətinin idarə etdiyi uran mədəninə edilmiş hücumda 19 nəfər ölüb.
Ölənlərin 18-i hərbçidir.

Həmçinin hücum edənlərdən 4-nün öldürüldüyü bildirilir.
Hücuma görə cavabdehliyi “Qərbi Afrikada birlik və cihad hərəkatı” üzərinə götürüb.

Mədəndə törədilən hücumda isə 50-ə yaxın adam yaralanıb.

Qrupun nümayəndəsi bununla Fransa və qonşu Malidəki hərbi əməliyyatlarda iştirak edən Nigeriya ordusundan qisas alındığını deyib.