Dünyanın ən böyük məzarlığından fotoreportaj (Vadi-üs-Salam)
Dünyanın ən böyük məzarlığı hesab olunan "Vadi əl Salam" (Sülh Vadisi) təqribən 1500 hektarlıq əraziyə yayılıb.
Bu həm də dünyanın ən qədim məzarlıqlarından biridir. Məzarlıqda 613-cü ildən bəri vəfat etmiş insanlar dəfn olunur. Burada 5 milyondan artıq məzarın olduğu ehtimal edilir.
Qədim məzarlıq olsa belə, bu gün də Nəcəf və şəhər ətrafındakı yaşayış məntəqələrində vəfat etmiş insanları məhz burada dəfn edirlər.
Yeni məzarlar üçün yer olmadığından dəfnlər üst-üstə həyata keçirilir. Belə deyək ki, məzarlar mərtəbə-mərtəbədir. Yerin səthindən 10 m dərinliyə qədər bir neçə mərtəbə məzar var.
Son İraq müharibəsi ərəfəsində məzarlıqda qazılmış tunelləri "partizan döyüşçülər" sığınacaq kimi istifadə edirdi.
Adətən yeni vəfat etmiş insanı yaxınlıqdakı İmam Əli məqbərəsinə aparıb, "ölü namazı" qılındıqdan sonra bu məzarlıqda dəfn edirlər.
Vəfat etmiş insanın məzarını hazırlayan ustalardan biri.

Qədim məzarlıqda yeni qəbir.
Cümə günü məzarı ziyarətə gələnlərdən biri.
Cümə günü məzarı ziyarətə gələnlərdən biri.
Cümə günü məzarı ziyarətə gələnlər.
Məzarlığın ətrafında ticarətlə məşğul olan yaşlı tacir.
Məzarlığın yüksəklikdən görünüşü.
Cümə günü məzarı ziyarətə gələnlər.
Məzarlığa gedən yolların girişində qurulmuş yoxlama-keçid məntəqələrindən biri.
Terror hadisələri zamanı qətlə yetirilmiş polislərdən birinin məzarı.
Məzarlıqdan qayıdan şəxs.
Məzarlığa gedən yolların girişində qurulmuş yoxlama-keçid məntəqələrindən biri. Günorta istisindən əziyyət çəkən polis kölgədə dincəlir.