Bakı ətrafı yeni yaşayış yerləri

Bir neçə il əvvəl Bakı ətrafındakı Sulutəpə qəsəbəsindən Müşfiqabad qəsəbəsinə gedən yol üzərində heç bir yaşayış evinə rast gəlinmirdi. İndi bu ərazilərdə boş yer qalmayıb.

Azərbaycanın digər bölgələrindən Bakıya iş və digər məqsədlər üçün gələn ailələr bu böş ərazilərdə məskunlaşaraq yeni yaşayış massivi salmışlar.

"Atyalı" və "Nübar" bunlardan sadəcə bəziləridir. Bu yaşayış massivlərində yaşayış üçün bəzi çatışmazlıqlar var. İnsanlar içməli su və mavi yanacağın olmamasından əziyyət çəkirlər.

Bəzi yerlərdə təpələrin üzərində salınan məhəllələrdə hətta istifadə edilə bilən yol da yoxdur.

İlkin baxışdan yeni salınmış bəzi məhəllələrin üzünə gözəl mənzərlər açıldığını düşünmək olar. Amma bir az yağış yağsın və ya qış olsun burada yaşamaq olduqca çətindir.

İnsanlar əlacsızlıqdan hətta palçıq vulkanlarının yanında da ev tikmişlər.

Bəzi evlər palçıq vulkanlarının 20-30 metrliyindədir.

Deyilənə görə bu palçıq vulkanları təqribən iki ildən bir püsgürür və palçığı ətrafa yayır.

Atyalı və Nübar qəsəbələri bir neçə ildə o qədər böyüyüb ki, hətta bir ucu Qobu kəndinə də yetişib.

Qobu kəndi.

Atyalı qəsəbəsi.

Atyalı qəsəbəsi.

Atyalı qəsəbəsi.

Nübar qəsəbəsi.

Nübar qəsəbəsi.