Azərbaycan - Lüksemburq oyununun biletləri satışa çıxarılıb

-
Dünya Çempionatı 2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Lüksemburq oyununun biletləri satışa çıxarılıb.
Biletlərin qiymətləri sektorlara uyğun olaraq 4, 9, 14 və 50 AZN-dir.
Qarşılaşma iyunun 7-də, saat 21:00-da, "Bakcell Arena"da keçiriləcək.