Qobustanda mikroavtobus yük maşını ilə toqquşub

Mayın 15-də Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində mikroavtobusla yük maşını toqquşub. Məlumatı Baş Dövlət Yol Polis İdarəsi yayıb.
Şamaxı istiqamətində hərəkət edən sərnişin avtobusu «KamAZ» markalı yük maşını ilə toqquşub. Hadisə zamanı 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.