Rusiya Azərbaycan neftinin tranzitini dayandırıb

Foto arxiv

Rusiya hökuməti Azərbaycan neftinin tranziti ilə bağlı 1996-cı il yanvarın 18-də iki ölkə arasında imzalanmış sazişin qüvvədən düşməsi barədə qərar qəbul edib.

APA-nın məlumatına görə, qərarı baş nazir Dmitry Medvedev mayın 5-də imzalayıb.
Rusiya Xarici İşlər Nazirliyinə bununla bağlı Azərbaycan tərəfinə məlumat vermək tapşırılıb.

Azərbaycan nefti Rusiya ərazisindən Bakı-Novorossiysk kəməri ilə nəql olunurdu.