Cəbhə bölgəsində genişmiqyaslı hərbi təlimlər keçirilir

Azərbaycan Ordusu cəbhə bölgəsində növbəti genişmiqyaslı hərbi təlimlər keçirir.

Həftənin sonuna qədər davam edəcək təlimlər müdafiə naziri general-polkovnik Səfər Əbiyevin komandanlığı altında keçirilir. Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Təlimlərə Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin şəxsi heyəti cəlb olunub.