İraq müharibəsi - 10 il

İraqda hərbi əməliyyatların bitməsindən dərhal sonra asayişin təmin edilməsi görəvi İraq ordusuna təhvil verildi. Güclü yağışdan sonra Bağdadın cənub məhəllələrinin birində yoxlama - keçid məntəqəsi.

Bağdad yaxınlığında yerləşən tarixi "Mədain Xərabələri"-ni qoruyan yerli hərbi dəstə. Sözsüz ki, son 10 ildə bu tarixi abidə də öz "payını" alıb.

Bağdad yaxınlığında yerləşən tarixi "Mədain Xərabələri"-ni qoruyan yerli hərbiçilərdən biri nahar edərkən.

Bu 10 il ərzində istər hərbi əməliyyatlar zamanı, istərsə də hərbi əməliyyatların rəsmən bitdiyi elan edilməsindən sonra terror hadisələri, intiharçı partlayışlar səngimədi. Bu intiharçı partlayışlardan biri - Kərkükdə bomba yüklü avtomobilin dövlət idarəsinin qarşısında partladılması nəticəsində 30-dan artıq insan həyatını itirdi. Həmin hadisədən isə bu görüntü qaldı.

Siz İraqın hər yerində belə mənzərələrə rast gələ bilərsiniz. Küçələrdə, yollarda hər addımbaşı yoxlama məntəqələri var. Və bu yolla intiharçı partlayışların qarşısı almağa çalışılır. Kərbəla şəhəri.

Ayağının birini bu "10 il" ərzində itirən qoca dünyanın ən böyük məzarlığı hesab olunan Nəcəf şəhərindəki "Vadi-üs-Salam"-dan qayıdır. Deyilənə görə bu məzarlıqda beş milyondan artıq məzar var.

Hərbi əməliyyatlar zamanı ziyan dəymiş şəhərlərdən biri şiə müsəlmanların birinci imamı sayılan Əlinin məzarı yerləşən Nəcəf şəhəridir.

Şəhər yenidən salınır desək yanılmarıq. Amma görüləcək çox iş var. Bu şəhərdə diqqətimizi çəkən şeylərdən biri də elektrik məftillərinin nizamsızlığı idi.

Şəhərin mərkəzi hissələrinin birində şəxsi mağazasında ticarətlə məşğul olan sahibkar və satıcı.

Nəcəf şəhərində İmam Əlinin məzarını ziyarət etməyə gəlmiş qadın zəvvarlardan biri axşam-axşam bazarlıq edir.

Nəcəf şəhərində İmam Əlinin məzarını ziyarət etməyə gəlmiş digər zəvvar.

Kərbəla şəhərində şiə müəslamanların üçüncü imamı Hüseynin və qardaşı Əbülfəzl Abbasın məzarını ziyarətə gəlmiş yeriməkdə çətinlik çəkən ata və qızı.

Kərbəla şəhərində Əbülfəzl Abbasın sol əlinin basdırıldığı yer və üzərində ucaldılmış türbə. Buranı ziyarət edən qadın arzularını bu türbəyə danışır.

Hər il Kərbəla şəhərinə milyonlarla insan ziyarətə gəlir. Deyilənə görə Məhərrəmlik ayının sadəcə "Tasua" və "Aşura" günlərində bu şəhərə 10 milyondan artıq insan axın edir.

Kərbəla şəhərində sənət adamlarına da rast gəlmək olur. Bu rəssam səkilərdə əyləşərək qarşısına çıxan maraqlı görünüşlü insanların portretini çəkir.

Kərbəla şəhərinə ailələri ilə birgə ziyarətə gəlmiş uşaqlar.

İraqın başqa hissələri ilə müqaisədə şimalında - Kürdüstan vilayətində daha az terror hadisələri baş verir. Terror hadisələri az olduğu üçün buralarda həyat daha parlaqdır. Ərbil şəhəri.

Ərbil bazarında müştəri gözləyən arabaçılar.

Müşahidələrimz bizi aldatmırsa deyə bilərik ki, İraqın cənubundan şimalına doğru getdikcə qadınların sərbəstliyi daha da artır. Siz bu bölgədə başı açıq qadınlara tez-tez rast gələ bilərsiniz.

İraqın şimalında yerləşən, əhalisnin əksəriyyəti Türkmanlar olan Kərkük şəhəri. Şəhər bazarı və gənc satıcılar.

Kərkükdə ticarətlə məşğul olan yaşlı sakin.

Kərkük Qalası ətarfındakı qədim bazarda xırdavat ticarəti ilə məşğul olan yorğun tacir.

Kərkükdə inşaatda işləyən bir gəlmə fəhlə. O, adətən işdən sonrakı vaxtını çayxanalarda vaxtını keçirir.