Pakistanda seçki ilə bağlı daha 3 adam öldürüldü

Mayın 11-dəki parlament seçkiləri ərəfəsi Pakistan siyasətçilərinə hücumlar davam edir.
Cümə günü Miranşah şəhərində 4 siyasətçinin ofisində bomba partladılıb, azı 3 nəfər ölüb.

Kvetta şəhərində dünyəvi Xalq Partiyasının ofisi yaxınlığında bomba partlayışında 5 nəfər yaralanıb.

Keçmiş baş nazir Yusif Rza Gilaninin oğlu Əli Heydər Gilanidən xəbər yoxdur. Onu dünən nümayiş vaxtı oğurlayıblar.

Pakistanda seçki ilə əlaqədar keçən bir ayda 110 adam öldürülüb.