Avtosisternanın partlaması nəticəsində azı 15 nəfər ölüb

Mexicoda partlayış

Meksikada qaz daşıyan avtosisternanın partlaması nəticəsində azı 15 nəfər ölüb, 30-dan çox adam yaralanıb.
Hakim dairələr ölü sayının artacağını istisna eləmir.

Hadisə bu gün paytax Mexikonun ətrafında baş verib.
20 evə xəsarət dəydiyi, 16 avtomobilin yandığı bildirilir.

Kütləvi informasiya vasitələrinin məlumatına görə partlayışa səbəb yol qəzası ola bilər.