İranda saxlanan azərbaycanlı şəhriyarşünas ETTELAAT-ın nəzarətindədir

Sizin brauzer HTML5-i dəstəkləmir

İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanparast bildirib ki, Azərbaycan vətəndaşları Xalidə Xalid və Şamxal Hüseynov ETTELAAT-ın nəzarətində saxlanılır. Onların işi araşdırılır. O, qeyd edib ki, təhlükəsizlik qüvvələri İranda qanundan kənar və qeyri-adi hərəkətlər törədən xarici vətəndaşların hər bir hərəkətini izləyir.