İ.Əliyev: " Dağlıq Qarabağ münaqişəsi regional inteqrasiyaya başlıca əngəldir"

Ilham Aliyev

Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin regional inteqrasiyaya başlıca əngəl olduğunu deyir.

O Bakıda keçirilən Cənubi Qafqaz formunda çıxış edərkən bildirib ki, Azərbaycan ərazi bütövlüyünü beynəlxalq qanunlar çərçivəsində bərpa etmək fikrindədir.

İlham Əliyev bir daha Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun Ermənistan tərəfindən işğal edildiyini bildirib və əlavə edib ki, Azərbaycan bu münaqişəni həll etmək iqtidartında olmaq üçün iqtisadi və siyasi islahatlartı davam etdirəcək.