Şirin Ebadi: «Ümid edirəm, dünyadakı bütün siyasi məhbuslar azad ediləcək» - [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

Şirin Ebadi AzadlıqRadiosunun suallarını cavablandırır

-
Demokratiyanın inkişafı və insan haqlarının, xüsusilə də İranda qadın və uşaqların hüquqları uğrunda mübarizəyə görə, Nobel Sülh Mükafatı almış hüquq müdafiəçisi Şirin Ebadi Azərbaycanda səfərdədir. O AzadlıqRadiosunun suallarını cavablandırıb:

– Şirin xanım, Cənubi Qafqaz Forumu barədə nə düşünürsünüz?
– Qlobalaşma yönümlü tədbirlərin hamısını xoş qarşılayıram. Bu il Cənubi Qafqaz Forumu gözəl Bakıda keçirilir. Mən burada təxminən 20 il əvvəl olmuşam. O vaxtdan bəri şəhər daha da gözəlləşib.
– Son zamanlar İrandan yeni edam, həbs xəbərləri gəlir. Orada insan haqlarının durumu barədə nə söylərdiniz?
- Sözsüz ki, İranda insan haqlarının vəziyyəti pis olaraq qalır. Birləşmiş Millətlər Təşkilatının İranda insan hüquqları üzrə özəl məruzəçisi Ahmed Şahidin də hesabatına istinad etsək, görərik ki, orada insan haqları dözülməz durumdadır.
– Azərbaycanda insan haqlarının vəziyyətindən nə dərəcədə xəbəriniz var?
– Azərbaycanda insan haqlarının vəziyyətindən xəbərdaram. Amnesty İnternational və Human Rights Watchin yaydığı hesabatlarla tanışam. Mən çox ümid edirəm ki, dünyadakı bütün siyasi məhbuslar azad ediləcək.