Əsgər iki hərbçi yoldaşını yaralayıb

-
apa-nın məlumatına görə, hadisə mayın 1-də «N» saylı hərbi hissədə qeydə alınıb.

Hadisənin ehtiyatsızlıq üzündən baş verdiyi bildirilir - Əsgər Aqil Rəsulovun əlindəki avtomatdan açılan atəş onun əsgər yoldaşları Ceyhun Əmiraslanovla Şahin Rəhimova dəyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Hospitala yerləşdirilən əsgərlərin vəziyyətlərinin kafi olduğu bildirilir.