-
Həbs müddəti başa çatan İslam Partiyasının sədr müavini Arif Qəniyev mayın 4-də azadlığa buraxılıb.
Bu barədə AzadlıqRadiosuna İslam Partiyasından Natiq Kərimov məlumat verilib.
2011-ci ilin avqustunda həbs olunan Arif Qəniyev Cinayət Məcəlləsinin qanunsuz odlu silah və narkotik maddə əldə etmə, saxlama maddələri ilə ittiham olunub.
İl yarım azadlıqdan məhrum edilən partiya üzvü 2012-ci il iyunun 6-da Şirvan şəhər Məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb.
Amma Respublika Prokurorluğunun Şirvan məhkəməsinin qərarından verdiyi şikayətdən sonra o, avqust ayında yenidən həbs olunub.