Müsavatçıya 200 saat iş

Tural Abbaslı

-
Mayın 3-də Nəsimi rayon Məhkəməsi Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslının islah işlərinə cəlb olunması barədə qərar çıxarıb.

Məhkəmə ödənilməli olan 600 manat cəriməni 220 saat məcburi əməklə əvəz edib.

Bu barədə AzadlıqRadiosuna Tural Abbaslının özü məlumat verib:

«Mən öncədən də qeyd etmişdim ki, heç bir gəlirim yoxdur, ödəməyəcəm. İş icraçıları məni dəvət etməli, alternativlər təklif etməli idi. Ancaq heç biri olmayıb. Bir dəfə evə basqın edib mənə aid olmayan əşyaları siyahıya alıblar, bir dəfə də xəbərdarlıq ediblər, vəssalam. Bu gün də məhkəmə mənə 220 saat icbari iş verdi. Hansı icbari işə cəlb olunacam? İcbari işlərin heç siyahısı da yoxdur».

Tural Abbaslı bu qərardan apellyasiya şikayəti verəcəklərini deyir.

Tural Abbaslı yanvarın 12-də keçirilən «Əsgər ölümlərinə son» etiraz aksiyasında 600 manat cərimələnmişdi.