İlham Əliyev Sumqayıta gedib

Mayın 3-də prezident İlham Əliyev Sumqayıta səfər edib.

Dövlət başçısı Sumqayıtda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.

Sonra prezident Sumqayıtdakı Cümə Məscidində əsaslı təmirdən sonra yaradılmış şəraitlə tanış olub.

İlham Əliyev Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıtda «ASAN xidmət» mərkəzinin istifadəyə verilməsi mərasimində iştirak edib.

Prezident Sumqayıtda «Gilan» Tekstil Kompleksinin açılışında da iştirak edib./President.az/