.az domeninin onlayn qeydiyyatı resursu təqdim olunub

«İntrans» şirkəti (.az domeninin milli inzibatçısı) .az domeninin qeydiyyatının aparılacağı www.online.az resursunu təqdim edib.

Bu sayt vasitəsilə domen (.az, biz.az, com.az, edu.az, info.az, int.az, mil.az, name.az, net.az və org.az) sifariş etmək və bunun üçün ödəniş həyata keçirmək mümkündür.

Şirkətdən AzərTAc-a bildiriblər ki onlayn qeydiyyat sisteminin hazırlanması tamamlanma mərhələsindədir və yaxın vaxtlarda işə salınacaq.