Avropa məhkəməsi Tymoshenko barəsində qərar çıxarıb

Yulia Tymoshenko

-
Avropa insan haqları məhkəməsi Ukraynanın keçmiş baş naziri Yuliya Tymoshenkonun həbsinin insan haqları pozuntusu olduğunu bəyan edib.
Qərar bu gün Strasburqda qəbul edilib.
Ukraynadakı demokratik narıncı inqilabın əsas liderlərindən olan Tymoshenko 2011-ci ildən səlahiyyətlərini aşma ittihamı ilə 7 illik həbs cəzası çəkir.
Söhbət onun hakimiyyəti dövrüdə Rusiya ilə imzalanan qaz müqaviləsindən gedir.
Bundan başqa ona qarşı digər ittihamlar irəli sürülüb.
Tymoshenko həbsinin siyasi motivli olduğunu deyir.
O prezident Yanukovych hakimiyyətini, onu qanunsuz həbsə atmaqda və qeyri-insani şəraitdə saxlamaqda günahlandırır.
Tymoshenkonun həbsi Qərblə Ukrayna arasındakı münasibətləri gərginləşdirib.
Həmçinin Avropa Birliyi ilə ABŞ həbsin siyasi motivli olduğunu deyirlər.