Dövlət televiziyası prezidentin atdan necə yıxıldığını göstərmədi

Sizin brauzer HTML5-i dəstəkləmir

Türkmənistanın dövlət televiziyası aprelin 18-də paytaxt Aşxabadda keçirilən at yarışında prezidentin necə qalib gəldiyini göstərən video yayıb. Amma videoda prezident Gurbanguly Berdymukhammedov-un bu yarışda atdan yıxıldığı səhnələr kəsilib çıxarılıb. Həmin yarışda finiş xəttini keçəndən az sonra prezidentin atı büdrəmiş və dövlət başçısı çox pis şəkildə yıxılmışdı.