Havalar isinir

-
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti məlumat yayıb.

Proqnozlara görə, 2013-cü ilin may ayında havanın orta aylıq temperaturunun kiçik müsbət və mənfi fərqlə iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 16-19 dərəcə isti olacağı gözlənilir.

Gecələr temperatur 9-14, ayın ikinci yarısında 15-18 dərəcə isti təşkil edəcək. Gündüzlər havanın temperaturu 19-24 dərəcə isti təşkil edəcək, bəzi günlərdə 27-32 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-21 mm) olacağı gözlənilir.