Vəkillik fəaliyyətinə həsr olunan jurnal işıq izi görüb

«Azərbaycan vəkili» adlı rüblük jurnal Azərbaycan Hüquq İslahatları Mərkəzinin təşkilati dəstəyi və «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-nin maliyyə yardımı ilə çıxıb.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin təşkil etdiyi elmi-praktik konfransda hüquq ictimaiyyətinə təqdim olunan jurnalın baş redaktoru Anar Bağırov deyib ki, nəşr 1000 tirajla buraxılacaq, vəkil korpusu və hüquqşünaslar arasında pulsuz paylanacaq. «Media forum»