Güləş “Olimpiada-2020”-nin proqramında qala bilər

Foto arxiv

Güləş idman növünün hələ ki, “Olimpiada-2020”-nin proqramında qala bilər.

“İTAR-TASS”-ın məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jacques Rogge (Jak Roqqe) bəyan edib.
Roqqenin sözlərinə görə, “güləş gələcəkdə 25 əsas olimpiya idman növləri sırasında olmayacaq, amma BOK İcraiyyə Komitəsinin mayın 29-da Sankt Peterburqa keçiriləcək iclasından sonra olimpiya proqramına daxil edilə bilər.

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi 2013-cü il fevralın 13-də Lozannada keçirilmiş iclasında güləşi “Olimpiada-2020”-nin proqramından çıxarılmasını tövsiyə edib.
Yekun qərar BOK-un sentyabrın 7-də Buenos Ayresdə keçiriləcək 125-ci sessiyasında veriləcək.
Belə ki, Argentinanın paytaxtında keçiriləcək sessiyada İcraiyyə Komitəsinin təqdim edəcəyi 8 idman növündən yalnız biri seçiləcək.

İclasda həmçinin “Olimpiada-2020”-nin paytaxtı müəyyən olunacaq – buna Madrid, İstanbul və Tokio iddialıdır.