Obama kimyəvi silahla bağlı dəqiq məlumatı gözləyir

Ağ Ev bildirib ki, prezident Barack Obama Suriya ilə bağlı hər- hansı addımı atmazdan əvvəl Suriyanın kimyəvi silahdan istifadə edib-etməməsi haqda dəqiq fikrə gəlinməsini gözləyir.

Ağ Evin sözçüsü Carney deyib ki, Vaşinqton gələcək addımlara dəqiq vaxt həddi qoymur. O həmçinin deyir ki, Vaşiinqton kəşfiyyat məlumatları əsasında qiymətləndirmələrini davam etdirir.

Dünən Ağ Ev bildirdi ki, etibarlılığı müxtəlif olan kəşfiyyat məlumatlarına görə, Assad rejimi kimyəvi silah işlədib.