Serbiya prezidenti müsəlmanların kütləvi qətlinə görə üzr istədi

Tomislav Nikolic

Serbiya prezidenti Tomislav Nikolic 1995-ci ildə Serebrenitsda bosniya müsəlmanlarının kütləvi qətlinə görə üzr istəyib.

Bosniya müsəlmanlarının lideri Bakir İzzetbekoviç aprelin 23-də Belqradda səfərdə olarkən Serebrenitsada təxminən 8 min müsəlmanın kütləvi qətlə yetirilməsini etiraf etməyə çağırıb və bunun ikitərəfli münasibətlərin yaxşılaşmasında mühüm amil olduğunu deyib.

Qonşu ölkələrlə münasibətlərin yaxşılaşdırılması öz növbəsində Serbiyanın Avropa Birliyinə inteqrasiyasında əsas şərtlərdən biridir.