Napoleon haqda məşhur kitab yenidən nəşr edildi

-

"Qanun" nəşriyyatının "Görkəmli insanların həyatı" seriyasında növbəti kitab işıq üzü gördü.

Rus tarixçisi Yevgeni Tarlenin “Napoleon” monoqrafiyası sənədli, tarixi mənbələrə dayanan bir əsərdir.

Bu əsərdə Fransa tarixinin önəmli simalarından biri, bəlkə də məşhuru olan imperator Napoleonun uşaqlığı, gəncliyi, yetkin çağları, hakimiyyət dövrü, həyatının son illəri təsvir edilib.

Oxucu bu kitabı oxuduqca imperatorun şəxsiyyəti, işgüzarlığı, hakimiyyət hərisliyi, güclü və zəif cəhətləri barədə tam təsəvvürə malik olur.

Söz yox ki, bu kitab Napoleon Bonopart barədə yazılmış ən maraqlı və əhatəli kitablardan biridir.

Ruscadan tərcümə: İmran Xəlilov