«Barselona» alman maşınının təkərləri altına düşür

Bavariya - Barselona 4 - 0

Çempionlar liqasının yarımfinalında Bavariya (Münhen, Almaniya) İspaniyanın məşhur Barselona klubuna böyük hesabla qalib gəldi (4-0)
Avropa Çempionlar liqasının yarımfinalında Bavariya (Münhen, Almaniya) Baselonanı (İspaniya) qəbul edirdi. Gəgin keçən oyunda meydan sahiblərin rəqib qapısından 4 cavabsız top keçirdi. Qolları Müller (2), Gomez və Robben vurdular.

Cavab görüşü mayın 1-də, Barselonda keçiriləcək.

Digər yarımfinalda da Almaniya və İspaniya klubları görüşür, aprelin 24-də Borussiya Dortmund klubu Madridin Real komandasını qəbul edir.