İndi də Gəncədə "Yeraltı"ndan çıxdılar

Gəncədə yeni kitab mağazası açılıb

-

Gəncədə yeni kitab mağazası açılıb.

Bir neçə ay öncə Bakıda fəaliyyətə başlamış “Yer Altından Kitablar” mağazası ikinci mağazasını Gəncədə blogger Elşən Abbasov və Ruslan Bayramovun təşəbbüsü, Rüfət Abbasov və Etibar Salmanlının dəstəyi ilə açıb.

Açılışda mağazanın direktoru Elşən Abbasov oxuculara bildirib ki, gün ərzində alınan kitabların üzərində kuponlar veriləcək və günün sonunda kuponlar əsasında təsadüfi yeddi nəfərə hədiyyə kitab veriləcək.

“Yer Altından Kitablar”ın əsas məqsədi kitab oxuyan təbəqəni orijinal, yeni, ucuz kitablarla təmin etməkdir.