Həftənin fotopanoramı (22-29 aprel)

Əfqanıstan. Maşında əyləşən qadınlar

Bakıda tarixi bina 10.5 metr sürüşdürüldü

Roma Papası Francis Vatikanın mərkəzində gəzən uşaqla görüşərkən / AFP Alberto Pizzoli

Qazaxıstanın Baikonur Kosmodromundan Soyuz raketi kosmosa buraxılarkən / Foto: AFP

Ukraynanın İza kəndində yaşlı qadın söyüd çubuqlarından səbət hörür

Atlının yanından ötüb keçdiyi afişada "Pakistan çağırır, sənin ölkənin sənin gələcəyindir" yazılıb

Dallasda Cənubi Metodist Universitetinin şəhərciyində nümayiş olunan ata və oğul Bush-un heykəli. Oğul George W. Bush (sol) və atası George H.W. Bush (sağ)

Bakıya yağan yağışdan sonra Sabunçu rayonunda bir çox ev su altnda qalıb. Zərərçəkmişlərdən biri övladının əşyasını apararkən

Polis Moskvada aksiya iştirakçısını saxlayır

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Yad Vashem Holokost Xatirəsi Mərkəzinidə

İraqın Mosul şəhərində sakinlər bağlı dükanların qarşısından keçir

Norveçdən olan heykəltaraş Bjarne Melgaardin hazırladığı "stul" adlı əsər Romadakı sərgi salonunda

ABŞ-da Boston marafonundakı partlayışlarda şübhəli bilinən Dzhokhar Tsarnaev gizləndiyi qayıqda saxlanılarkən

Əfqanıstanda qazdan zəhərlənən məktəbli qız xəstəxanada müalicə olunur

Suriyanın Azaz şəhərində dağılmış binalar arasında gəzən insanlar

İraqda keçirilən yerli seçkilər zamanı çəkilmiş foto. 18 əyalətdən 12-də keçirilən seçkilərin yekun nəticələri bir neçə gündən sonra bəlli olacaq. Əyalət şurasındakı 378 yer uğrunda 8 min namizəd mübarizə aparır.