Aprelin 22-ə olan hava proqnozu

-
Aprelin 22-də Azərbaycanda yağışlı və qeyri-sabit hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentyindən «Trend”-ə verilən məlumatda belə deyilir.

Məlumata görə, bazar ertəsi Bakı və Abşeron yarımadasında havanın buludlu olacağı, bəzi yerlərdə fasilələrlə uzunmüddətli yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 5-9, gündüz 11-16 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında aprelin 22-də arabir yağış, dağlıq bölgələrdə sulu qar yağacaq.

Havanın temperaturunun gecə 5-10, gündüz 10-15 dərəcə isti olacağı, dağlarlda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti gözlənilir.