Boston partlayışında şübhəli bilinən ikinci qardaş həbs olunub

Sizin brauzer HTML5-i dəstəkləmir

19 yaşlı Dzhokhar Tsarnaev-in Boston ətrafındakı həyətlərdən birində qayıqda gizləndiyi bildirilir. Onun 26 yaşlı qardaşı Tamerlan cümə axşamı polislə atışmada öldürülmüşdü. Prezident Barack Obama «faciənin vacib mərhələsinin» bitdiyini bəyan edib. Aprelin 15-də Bostonda marafon yarışı zamanı törədilən partlayışda 3 nəfər ölüb, 176 adam yaralanıb.