Sürücülük vəsiqəsinin itirilməsinə görə cərimə ləğv olunur

Sürücülük vəsiqəsinin qəsdən korlanması, yararsız hala salınması və ya itirilməsinə görə cərimələr ləğv edilir.

Milli Məclisin aprelin 19-da keçirilən iclasında bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikləri Milli Məclis qəbul edib.

Əvvəlki qanunvericilikdə sürücülük vəsiqəsinin qəsdən korlanması, yararsız hala salınması və ya itirilməsinə görə 40 manat cərimə nəzərdə tutulurdu.