Gədəbəydə bank binasında yanğın olub

Arxiv foto: FHN yanğınsöndürənləri

Bu barədə Gədəbəy rayon Yanğından Mühafizə Hissəsindən məlumat verilib.

Məlumata görə, aprelin 19-u səhər 9 radələrində Gədəbəyin mərkəzi hissəsində yerləşən Kapital Bank-a məxsus, ümumi sahəsi 204 kvadrat metr olan bank binasının tavan hissəsi yanıb.

Hadisə vaxtı bank əməkdaşları binadan çıxarılıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğının səbəbləri araşdırılır.