Obama Bostona gedib

Foto arxiv

ABŞ prezidenti Barack Obama Bostona gedib.

Bazar ertəsi şəhərdə keçirilən marafon yarışında törədilən iki partlayışda 3 nəfər ölüb, 170-dən çox adam yaralanıb.

Obama şəhərdə keçiriləcək xüsusi mərasimdə iştirak edəcək, ölənlərin xatirəsi anılacaq.

Hələlik bu partlayışlara görə heç kim saxlanmayıb.