Azərbaycan əsgərinin iki hərbçi yoldaşını güllələdiyi deyilir

Arxiv foto

-

Müdafiə Nazirliyi hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyini bildirir

Azərbaycan Ordusunun iki əsgəri yaralanıb. Hadisə Ağdamdakı «N» saylı hərbi hissədə qeydə alınıb. Bildirilir ki, əsgər Səbuhi Osmanlının tabeliyində olan avtomat silahdan açılan atəş onun hərbçi yoldaşları - Elşad HətəmovMövlud Murtuzəliyevə dəyib. Güllə yarası alan əsgərlər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev AzadlıqRadiosuna bildirib ki, hadisə ehtiyatsızlıq səbəbindən baş verib. Yaralı əsgərlərin vəziyyəti kafi qiymətləndirilir.

E. Hətəmov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron, M. Murtuzəliyev isə Zaqatala rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılıblar.