Obamaya zəhərli məktub göndərilib

Barack Obama

ABŞ-ın məxfi xidməti prezident Barack Obamaya ünvanlanan məktubda şübhəli maaddə aşkar edib.

Federal Təhqiqat Bürosu bunun ölümcül dərəcədə zəhərli “Ricin” maaddəsi olduğunu deyir.
Məktub bazar ertəsi aşkarlanıb.

Xidmətin məlumatına görə məktub Ağ evin poçtu xüsusi avadanlıqla adi yoxlama zamanı aşkar edilib.

Bundan əvvəl respublikaçı senator Roger Wickerə də eyni məktub göndərildiyi aşkar edilib.
Hakim dairələrin məlumatına görə, həmin məktub Tennessi ştatının Memfis şəhərindən göndərilib.