Rusiyalı şairə 50 min dollarlıq mükafat

Yevtuşenkonun 1976-cı ildə Moskvadakı şeir gecəsi

-

Bu ilki "Poet" (Şair) mükafatının qalibi - Yevgeni Yevtuşenkodur.

Bu haqda Moskvada düzənlənən xüsusi mərasimdə elan edilib.

Dəyəri 50 min dollar olan mükafat Rusiya poeziyasındakı xidmətləri danılmaz olan şairlərə verilir.

Namizədlərin sayı 18 nəfər olub. Onların adları, qaydalara görə, açıqlanmır.

81 yaşlı Yevtuşenko hələ sovet dövründən məşhurdur. Onun namizədliyi dəfələrlə Nobel mükafatına da irəli sürülüb.

"Poet" mükafatı 2005-ci ildə təsis edilib. Sponsoru Rusiyanın ən nəhəng energetika şirkəti olan РАО «ЕЭС России»dir.