Ötən həftənin fotopanoramı (15-21 aprel)

Qazaxıstan moda həftəsi çərçivəsində qazax modelyerin hazırladığı paltarlar

Afrikada futbol

Ukraynada infeksion xəstəliklərdən, vərəmdən HIV, AIDS-dən əziyyət çəkən bir qrup insan nazirlər kabinetinin qarşısında etiraz aksiyası keçirərkən

Texasın Vest şəhərində partlayan gübrə zavodunun qalıqları

Rusiya müxalifətinin liderlərindən olan Alexei Navalny məhkəmə prosesindən sonra jurnalistlərə müsahibə verərkən. 36 yaşlı məşhur anti-korrupsiya bloqqeri Putinin sərt tənqidçilərindən biridir. Onun özünü də mənimsəmə ittihamları ilə məhkəməyə çıxarıblar. Ona qarşı ittiham sübut olunsa, o, 10 ilə qədər azadlıqdan məhrum edilə bilər

Boston marafonunda partlayış

Tamaşaçılar Bostonda marafon yarışı zamanı xəsarət alanlardan birinə yardım etməyə çalışır

İsmayıllıda eyni anda həm yazı, həm də qışı yaşayan ağac. Fotonu Nurlan Baba-zadə 2012-ci ilin yaz və qış fəsillərində çəkib.

Britaniyanın keçmiş baş naziri Margaret Thatcher-in dəfn mərasiminə hazırlıq keçirilir.

Qazaxıstan ordusunun əsgərləri Xəzər dənizində hərbi təlimlər zamanı 

Qırğızıstanda kitab oxuyan uşaq