Təqaüd almaq istəyən tələbələr imtahan verirlər

-
Bu gün – aprelin 14-ü Dövlət Neft Şirkətinin təsis etdiyi xüsusi təqaüdü almaq istəyən tələbələr imtahan verirlər. Ali təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulan təqaüdün verilməsi üzrə müsabiqənin I mərhələsi keçirilir. İmtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası həyata keçirir.
TQDK-nın yaydığı məlumata görə, ARDNŞ bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir.
İmtahanda iştirak üçün 2128 nəfər qeydiyyatdan keçib.
Test imtahanında tələbələrə məntiqi təfəkkürü yoxlayan 40 test tapşırığı təqdim olunur. Bu mərhələdən uğurla keçənlər növbəti mərhələdə - müsahibədə iştirak edəcəklər. Müsahibəni ARDNŞ-nin məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.