Pakistanda sərnişin qatarı partladılıb

Foto arxiv

Pakistanın şimal-qərbində sərnişin qatarında törədilən partlayışda azı 9 nəfər ölüb, 10 nəfərsə yaralanıb.

Bu barədə Pakistan rəsmiləri xəbər verir.

Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.
Hadisə Pişəvər şəhərinin ətrafında baş verib.
Təhlükəsizlik qüvvələri regionda yaraqlılara qarşı bir neçə dəfə reyd keçiriblər.