Moskva Suriya ilə bağlı qətnamə layihəsini dəstəkləməyəcək

Foto arxiv

Rusiya Suriyaya qarşı yeni qətnamə layihəsini dəstəkləməyəcək.
Bunu Rusiyanın Xarici İşlər Nazirliyi bəyan edib.

Yaxın günlərdə BMT-nin təhlükəsizlik şurasında qətnamə layihəsinin müzakirəsi gözlənilir.
Rusiya hesab edir ki, sənəddə Suriyada qan tökülməsinə görə bütün məsuliyyət hökumətin üzərinə atılır.

2 ildən artıqdır ki, Suriyada hökumət və müxalifət birləşmələri arasında savaş gedir.
BMT bu müddət ərzində 70 mindən çox adamın öldüyünü deyir.
Üsyançılar prezident Bashar Assadın istefasını tələb edir.