Yaponiyada 6 ballıq zəlzələ olub

Foto arxiv

Bu gün səhər Yaponiyanın qərbində 6 ballıq zəlzələ olub.

Yerli hakimiyyət 15 nəfərin yaralandığını və bir neçə tikiliyə xəsarət dəydiyini xəbər verir.

“Kyodo” agentliyinin məlumatına görə, zəlzələ zonasında yerləşən “İkata” atom elektrik stansiyasına ziyan dəyməyib.