Baş nazirin müavini Mingəçevirdə qaçqınlarla görüşüb

Əli Həsənov

Aprelin 11-də baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Mingəçevirə gedib. Qaçqınlar üçün salınan qəsəbədə olub.

Bildirilib ki, Mingəçevirdə yaşayan 5 min ailədən 504-ü bu mənzillərə köçə biləcək. Qalanları isə digər qaçqın kompleksləri salınandan sonra köçürüləcək.

Məcburi köçkünlər işsizlik, evsizlik və digər problemləri haqda Əli Həsənova məlumat veriblər.

Kompleksin açılışının prezident İlham Əliyevin Mingəçevirə səfərindən sonra olacağı bildirilir.