«Barselona» və «Bavariya» yarımfinalçılardır

Arxiv foto

-

Aprelin 10-da UEFA Çempionlar Liqasının 1/4 finalına yekun vurulub və yarımfinala adlayan növbəti klubların adları bəlli olub: «Barselona» və «Bavariya».

«Barselona» öz meydanında «PSJ»ni qəbul edib. Oyunda ilk topu PSJ-nin yarımmüdafıəçisi Pastore vursa da, «Barselona» Pedro-nun vurduğu qolla hesabı bərabərləşdirib. İki oyunun nəticəsinə əsasən «Barselona» yarımfinala keçib.

İkinci oyun isə «Yuventus» və «Bavariya» arasında olub. Mario MandžukićClaudio Pizarro-nun vurduğu qollarla Bavariya həm oyunun qalibi olub, həm də növbəti mərhələyə keçidini sığortalayıb.

«Barselona» və «Bavariya»dan əvvəl «Real Madrid» və «Borussiya Dortmund» yarımfinala vəsiqə qazanıblar.