Slovakiyanın xarici işlər naziri Azərbaycana gəlir

Miroslav Lajcak

Slovakiyanın xarici işlər və Avropa məsələləri üzrə naziri Miroslav Lajcak Azərbaycana rəsmi səfərə gəlir.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, o aprelin 11-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.

Görüşdə ikitərəfli münasibətlər müzakirə olunacaq və sonda birgə mətbuat konfransı keçirəcək.