Britaniya parlamenti Thatcheri anır

Foto arxiv

Britaniya parlamenti keçmiş baş nazir Margaret Thatcherin xatirəsinə xüsusi sesiya keçirir.

Thatcher bazar ertəsi 88 yaşında vəfat edib.

Sesiyada ilk olaraq baş nazir və konservativ partiyanın lideri David Cameron çıxış etməlidir.
Müxalifətdə olan Leyborist partiyasının lideri Ed Miliband partiya üzvlərini Thatcher barədə hörmətlə danışmağa çağırıb.
Çünki bir sıra deputatlar çıxışlarında tənqiddən çəkinmək fikrində olmadıqlarını bildiriblər.

Mühavizəkarları təmsil edən Margeret Thatcher 1979-1990-cı illərdə Böyük Britaniyanın baş naziri olub.

Keçmiş baş nazir aprelin 17-də dəfn olunacaq.