İranda 2 uran mədəni və uran kompleksinin açılışı olub

Mahmud Ahmadinejad

Bu gün İranda 2 uran mədəni və uran istehsal edən kompleksinin açılışı olub.

İRNA agentliyinin məlumatına görə, bu obyektlər mərkəzi Yezd əyalətində yerləşir.
Yeni müəssisələrdə il ərzində 60 tonadək uran istehsal ediləcək ki, sonradan bundan zənginləşdirilmiş uran alına bilər.

Bu gün İranda milli nüvə texnologiyası günü qeyd olunur.

Bu günlərdə İranın nüvə proqramı ilə bağlı Qazaxıstanda aparılan danışıqların növbəti mərhələsi heç bir nəticə verməyib.

Beynəlxalq aləm İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.
Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.